Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirildi – FOTOLAR

Akademik Milli Dram Teatrında Xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Etikxeber.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə Mikayıl Mirzənin Teatr Muzeyinin arxivində saxlanılan fotolarından ibarət sərgi təqdim olunub.

Gecədə tədbirin aparıcısı, akademik, millət vəkili Rafael Hüseynov sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.

mirza-rafael-1

Akademik qeyd edib ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov kimi görkəmli səhnə ustalarından dərs alan Mikayıl Mirzə 1969-cu ildə institutu bitirərək dram və kino aktyoru ixtisasına yiyələnib:

“İnstitutun səhnə danışığı kafedrasında müəllim, eyni zamanda, Tədris Teatrında çalışan sənətkar bir müddət sonra Azərbaycan Dövlət Akademik Milli Teatrında işə qəbul olunub…” 

Əməkdar rəssam Rais Rəsulzadə isə Mikayıl Mirzəni teatr sənətimizin əvəzedilməz aktyoru, böyük sənətkarı kimi dəyərləndirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, xalq artistləri Səidə Quliyeva, Nurəddin Mehdixanlı, Ağakişi Kazımov, Ramiz Həsənoğlu Mikayıl Mirzə ilə bağlı xatirələrini danışıb, onun yaratdığı rolların bundan sonra da sənətsevərlərin xatirəsində yaşayacağına inam ifadə ediblər.

Qeyd olunub ki, Mikayıl Mirzə teatrda Kürd Musa, (“Vaqif”), Fərhad (“Fərhad və Şirin”), Muratov (“Qəribə oğlan”), Eyvaz (“Bizim qəribə taleyimiz”), Aslan (“Kəndçi qız”), Zahid (“Fəryad”), Elxan (“Od gəlini”), Cinli Mustafa (“Dəli yığıncağı”), İxtiyar (“İblis”) rollarını ustalıqla oynayıb.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə Mikayıl Mirzəyə həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif bədii kompozisiyalar təqdim edilib.

Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsinin əziz tutulduğuna görə təşkilatçılara minnətdarlığını bildirib.

Etikxeber.az

Read Previous

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verildi – SİYAHI

Read Next

Büdcə zərfinin qəbulu günün ikinci yarısına qaldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir