Mikroavtobus aşdı: 7 nəfər xəsarət alan var

Ələt-Astara magistralının Masallı rayonu ərazisində mikroavtobus aşıb.

Etikxeber.az-ın məlumatına görə, mikroavtobusun aşması nəticəsində xəsarət alan 7 nəfərin kimliyi məlum olub.

Hadisə nəticəsində xəsarət alanların 7-si də Masallı rayonunun Çaxırlı kənd sakinləridir.

Xəsarət alan – 1961-ci il təvəllüdlü Xancanov Məharət Xamməd oğlu (diaqnoz: baş alın nayihəsinin yaraları, sol dizaltı nayihənin sıyrıntıları), 1987-ci il təvəllüdlü Məmmədov Babək Allahverdi oğlu (hər iki baldırın sıyrılmış yarası), 1972-ci il təvəllüdlü Rəhimova İlhamə Allahyar qızı (sol baldırın qırılmış yaraları), 1968-ci il təvəllüdlü Alışov Sirac Əvəz oğlu (sol baldırın əziyi), 1959-cu il təvəllüdlü Qurbanova Aidə Vəli qızı (Sol baldırın sıyrılması), 1999-cu il təvəllüdlü Məmmədov Cavad Sirac oğlu (aralıq nayihəsinin əziyi) və 1991-ci il təvəllüdlü Talıbov Musa Şahmar oğlu (hər iki baldırın sıyrılmış yaraları, çanaq nayihəsinin əziyi) Masallı rayon Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan 1991-ci il təvəllüdlü Talıbov Musa Şahmar oğlunun vəziyyəti ağır qiymətləndirilir.

Hazırda xəstələrin müayinəsi davam etdirilir.

Etikxeber.az

Read Previous

AMEA 2016/2017-ci tədris ili üçün doktorantura və dissertanturaya qəbul elan etdi

Read Next

Qanunsuz idman mərc oyunları təşkil edən şəxslər tutuldu – DİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir