“Milan” klubu Türkiyə milli komandasının futbolçusunu transfer etdi

“Milan” klubu Türkiyə milli komandasının futbolçusu Hakan Çalhanoğlunu transfer edib.

Etikxeber.az klubun rəsmi saytına istinadla xəbər verir ki, İtaliyaya yollanaraq “Milan”da tibbi müayinədən keçən 23 yaşlı yarımmüdafiəçi dördillik müqaviləyə imza atıb.

İtaliya təmsilçisi futbolçunu heyətinə qatmaq üçün Hakan Çalhanoğlunun çıxış etdiyi “Bayer Leverkusen” klubuna 20 milyon avro ödəməyə razılaşıb. Ancaq Türkiyə millisinin üzvü çıxışına görə, Almaniya klubunda daha dörd milyon avro bonus qazana bilər. Oyunçunun yeni komandasında illik məvacibi 2,5 milyon avro olacaq.

Qeyd edək ki, ötən mövsüm Bundesliqada 15 oyunda meydana çıxan yarımmüdafiəçi 6 qol vurub və 5 məhsuldar ötürmə verib.

Etikxeber.az

Read Previous

11 iyuldan “demokrasi növbətləri” başlayır…

Read Next

Ərdoğanla Mey görüşdülər- TELEFONDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir