“Milan” Maldini ilə müqavilə imzaladı…

İtaliyanın “Milan” futbol klubu hücumçu Daniel Maldini ilə yeni müqavilə imzalayıb.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, 17 yaşlı futbolçu ilə yeni müqavilə 2021-ci ilədək nəzərdə tutulub.

Maldini “Milan”ın 19 yaşadək futbolçulardan ibarət komandasında forma geyinəcək.

Maldini ilə Avropanın digər klubları da maraqlanıb.

Cari mövsüm hücumçu gənclər komandasının heyətində 11 oyunda üç qol vurub. Maldini, daha əvvəl “Milan”ın U-17 komandasının heyətində 28 oyunda 13 dəfə fərqlənib.

Qeyd edək ki, Daniel Maldini “Milan”ın keçmiş kapitanı və klubun strateji inkişaf direktoru Paolo Maldininin oğlu və “Milan”ın məşqçisi olmuş Sezar Maldininin nəvəsidir.

Etikxeber.az

Read Previous

İki sabiq MTN-çi həbs olundu – CASUSLUQ ETDİKLƏRİNƏ GÖRƏ…

Read Next

Deputatlar sabah gedir – QIŞ TƏTİLİNƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir