Millət vəkili Ali Baş Komandanın 2 aprel bəyanatını belə şərh etdi…

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışışında diqqəti cəlb edən xeyli mühüm məsələlər var. Bunlardan birincisi ondan ibarətdir ki, Vayna görüşündən dərhal sonra prezident Azərbaycan Ordusunun xüsusi təyinatlılarıyla görüşdü və və danışıqlar masasında öz xalqına və onun güclü ordusuna arxalandığını nümayiş etdirmiş oldu. Ancaq Vyana görüşündən sonra Ermənistanın baş nazirinin haraya telefon açdığına diqqət etsək görəcəyik ki, bu şəxs xalqına və ordusuna deyil, elə zəng etdiyi mərkəzlərə arxalanır.

Bunu Etikxeber.az-a açıqlamasında politoloq, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, yəni, Ermənistan müstəqil dövlət deyil, forpostdur, kiminsə hərbi bazası statusunda olan bir subyektdir, elə danışıqlara da sahibindən aldığı təlimatlar əsasında gedir.

“İkinci mühüm məsələ ondan ibarətdir ki, Ali Baş Komandan bir daha bildirdi ki , müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.Bu fikir əslində işğalçı Ermənistana verilən ciddi ismarıc kimi qiymətləndirilə bilər.Yəni danışıqlar prosesini imitasiya yaxud manipuliyasiya etmək cəhdlərinizə Azərbaycan sona qədər dözmək fikrində deyil və Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququnu özündə saxlayır”-deyən, millət vəkili deyib ki, üçüncü mühüm ismarıc isə Ermənistan-Azərbaycan münaqişəsi tarixində digər bütün faktorlarla bərabər, Aprel döyüşlərindən sonra hərbi-psixoloji əhval ruhiyyənin də Azərbaycanın lehinə dəyişməsilə əlaqədar idi.

ILHAM_HARBI-2

“Prezident İlham Əliyev bildirdi ki, əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər.

hikmet-babaoqlu

Bu mühüm əhəmiyyətli fikir həm də o deməkdir ki , baxmayaraq ki, bu gün xeyli sayda strateji yüksəkliklər və rayonlar işğal altındadır ancaq buna baxmayaraq Azərbaycan ordusu bir həmlə ilə mövcud reallığı dəyişə bilər .Buna Ali Baş Komandanın siyasi iradəsi və güclü ordumuzun hərbi gücü çatar.

Və nəhayət, prezident İlham Əliyev bir daha bəyan etdi ki , münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.Bütün bunlar isə belə bir ümumiləşdirmə aparmağa məntiqi əsas yaradır ki, Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır , qadirdir və geostrateji şərtlər uyğun olan kimi bu istiqamətdə qəti addımlar atacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Əliyev “Bakı-Tbilisi-Qars”-da hərəkət edəcək sərnişin qatarı ilə tanış oldu – FOTOLAR – YENİLƏNİB

Read Next

Ziya Məmmədovun qudası rektor oldu – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir