Millət vəkili Aliment Fondunun-YARADILMASININ TƏRƏFDARIDIR VƏ…

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsmanın 2019-cu il üzrə məruzəsini müzakirə etdik. Məruzədə kifayət qədər problemli məqamlar əksini tapıb və çıxışımda mən də bir neçə məqama diqqət çəkdim. Xüsusən, Ombudsmanın aliment fondunun yaradılması, məişət zorakılığı, habelə qanunsuz tikililərə dair mövqeyini təqdir etdim, həmçinin məruzədə məni qane etməyən məqamlara dair təkliflərimi verdim.

Etikxeber.az-ın xəbərinə görə, bunu adıçəkilən komitənin üzvü Bəhruz Məhərrəmov qeyd edib.

“Bir daha qeyd etməliyəm ki, qaldırılan məsələlərin böyük əksəriyyəti kifayət qədər mühüm nüanslardır. Və mənim subyektiv qənaətim ondan ibarətdir ki, yeni müvəkkil Səbinə xanım Əliyeva Ombudsman institutunun cəmiyyətdəki nüfuzunun güclənməsi, fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində əhəmiyyətli perspektivlər vəd edir…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Deputat nazirdən-NƏ XAHİŞ ETDİ? – FOTO

Read Next

ZELENSKİ PREZİDENTLİYİNİN BİR İLİNİ HANSI NƏTİCƏLƏRLƏ QARŞILAYIR?-Baxış

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir