Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avropa Şurası Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen AŞPA-da çıxışından sonra parlamentarilərin suallarını cavablandırıb.
Etikxeber.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçiləri tərəfindən girov götürülməsini əks etdirən fotoları göstərib. O, Ermənistanın qeyri-qanuni olaraq girov saxladığı, işgəncə verdiyi, beynəlxalq çağırışlara, o cümlədən AŞPA qətnamələrinə məhəl qoymayaraq azad etmədiyi D.Əsgərov və Ş.Quliyevin, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan insan haqları barədə məsələ qaldırıb və bununla bağlı Andres Samuelsenə sual ünvanlayıb. Azərbaycanlı deputat Nazirlər Komitəsinin yeni sədrindən bu istiqamətdə hansı addımların atılacağını soruşub.
Təəssüf olsun ki, suala yenə də şablon cavab verilib. Münaqişənin həlli ilə bağlı vasitəçiliyin ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə aid olduğunu bildirən Nazirlər Komitəsinin sədri Andres Samuelsen Avropa Şurasının tərəflər arasında sülh üçün zəruri olan etimadın yaranmasına dəstək ola biləcəyini qeyd edib.
Etikxeber.az