Millət vəkili bu dəfə Qobustanda 60-dan çox-SEÇİCİSİNİ DİNLƏNDİ VƏ… – FOTOLAR

Qobustan rayonunda vətəndaşların səyyar qəbulu keçirilib

Milli Məclisdə (MM) 50 saylı Abşeron-Qobustan Seçki Dairəsini təmsil edən deputat Şahin Seyidzadə 22-23 sentyabr tarixlərində vətəndaşlarla qəbullar həyata keçirib.

Etikxeber.az-a daxil olan məlumata görə, 1 şəhər, 33 kənd və qəsəbədən ibarət olan Qobustan rayonu üzrə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq 2 gün ərzində keçirilən qəbullarda ümumilikdə 60-dan çox vətəndaş iştirak edib.

Qəbulların birinci hissəsi 22 sentyabr günün birinci yarısı Poladlı, Yekəxana və Təsi kəndləri, ikinci yarısında isə Bədəlli, Cəmcəmli, Sədəfli kəndlərinin sakinləri ilə keçirilib. 23 sentyabr tarixində isə günün birinci yarısı Ərəbqədim, Nardaran kəndləri, günün ikinci yarısı isə Şıxzahırlı kəndi və İlanlı qəsəbə sakinləri ilə qəbul keçirilib.

Millət vəkilinin öz sosial şəbəkələrdə olan hesablarında görüşlər haqda yerləşdirilən məlumatlarda qeyd olunur ki, qəbullarda əsasən infrastruktur, kommunal, məşğulluq, kənd təsərrüfatı, social təminat, hüquq, torpaq, əmlak və təhsil sahələri üzrə müraciətlər səsləndirilib.

Keçirilən qəbullarda Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, həmçinin adıçəkilən kəndlərin İcra Nümayəndələri də iştirak etmişdir.

Məlumat üçün qeyd edək ki, Millət vəkili Şahin Seyidzadə cari ayda təmsil etdiyi seçki dairəsinə Abşeron rayonu üzrə daxil olan kənd və qəsəbələrdən sakinlərlə 16 və 18 sentyabr tarixlərində qəbullar keçirib.

Etikxeber.az

Read Previous

“Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır”-ƏLİ ƏSƏDOV – NAZİRLƏR KABİNETİ BÜDCƏ İLƏ BAĞLI QƏRAR VERDİ – FOTOLAR

Read Next

“Belə bir “qonşu”ya 30 ilə yaxın dözən Azərbaycan daha nə etməldir?…Dünya özü cavab versin və bundan sonra baş verəcəklərə görə bizi qınamasın!”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir