Millət vəkili daha bir onlayn qəbul keçirdi-SEÇİCİLƏRİ DİNLƏDİ VƏ… – FOTOLAR

Millət vəkili, professor Jalə Əliyeva aprel ayının 14-də seçiciləri ilə onların müraciətləri əsasında online qəbul keçirib.

Etikxeber.az xəbər verir ki, qəbulda Zərdab şəhərindən, şəhərin Qoşaoba qəsəbəsindən, rayonun Alıcanlı, Çallı, Təzəkənd, Əlibəyli, Məmmədqasımlı, Gödəkqobu, Dəliquşçu kəndlərindən 24 vətəndaş iştirak edib.

Müraciətlər Zərdab rayonunun kanalizasiya xəttinin inşası ilə bağlı deputat sorğusunun göndərilməsi, işlə təmin, əlilliyin təyin edilməsi, fərdi qaz xəttinin çəkilməsi, fərdi ev inşaatı və təmiri, özünəməşğulluq proqramında iştirak və s. məsələlərlə bağlı olub.

J.Əliyeva Zərdab rayonunun kanalizasiya xəttinin inşasıyla bağlı olaraq əlaqədar qurumlara növbəti dəfə şifahi və yazılı müraciət edəcəyini, eyni zamanda deputat sorğusu göndərəcəyini, həmçinin qaldırılan digər məsələlərin hər biriylə ayrılıqda məşğul olacağını bildirib.

Qəbul səmimiyət və məmnuniyət ortamında keçib.

Etikxeber.az

Read Previous

Əli Əliyevə 5 aylıq-HƏBS CƏZASI…

Read Next

Yenə 15 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir