Millət vəkili daha bir-QƏBUL-GÖRÜŞ KEÇİRDİ, NÖVBƏTİ DƏFƏ SEÇİCİLƏRİNİ, VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINI DİNLƏDİ VƏ… – FOTOLAR

Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva Zərdab rayonunda seçicilərini növbəti dəfə qəbul edib.

Etikxeber.az xəbər verir ki, qəbulda əsasən Vətən müharibəsi iştirakçıları və onların ailə üzvləri iştirak ediblər.

Qaldırılan məsələlər daha çox əlilliyin təyin edilməsində müharibə iştirakçılarının qarşılaşdıqları problemlər və işlə təminlə bağlı olub.

Müraciətlərin bəziləri haqqında elə qəbul sırasında deputat tərəfindən əlaqədar qurumlarla telefon danışığı aparılıb, problemlərin qısa zamanda müsbət həllinin diqqətdə saxlanılmasının vacibliyi nəzərə çatdırılıb.

Qaldırılan digər məsələlərin isə deputata vətəndaşlardan yazılı müraciət daxil olduqdan sonra araşdırılacağı və müsbət həlli üçün imkanlar doğrultusunda köməklik göstəriləcəyi bildirilib.

Qəbul çox səmimi, mehriban bir ortamda keçib.

Qəbula gələnlər, həm keçirilən qəbul, həm də şəhid və qazi ailələrinə verilən bayram sovqatları üçün deputata minnətdarlıqlarını ifadə ediblər.

Etikxeber.az

Read Previous

“Şəhid və qazi ailələrinə bayram sovqatlarımızı göndərdik…”-JALƏ ƏLİYEVA HƏM DƏ QIZIL AYPARA CƏMİYYƏTİNİN RƏHBƏRLİYİNƏ TƏŞƏKKÜR ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Sürix sənədlərinin adını dəyişdirib, onu “Əliyev protokolları” kimi İrəvanda ratifikasiya etmək, sonra Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək də olar”-ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir