Millət vəkili “Elm haqqında” qanunda nələrin əksini tapmasını təklif etdi?

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin (MM) payız sessiyasının ilk plenar iclasında “Elm haqqında” qanunda dəyişliklik edilməsi barədə” qanun layihəsi barədə müzakirələrdə çıxışı zamanı dəyişiklikləri dəstəklədiyini deyib və bildirib ki, bu sənəd Azərbaycan üçün strateji baxımdan da vacibdir.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, qanunun 39.6-cı maddəsində göstərildiyi kimi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir.

GANİRA-MM

Eyni zamanda, qanunun 44.1-1. maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.

Millət vəkili çıxışında Azərbaycan da daxil olmaqla türk dövlətləri -Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan  öz müstəqilliyini təkrar qazandığı ilk illərdə qardaş Türkiyənin yüzlərlə gəncin Türkiyədə təhsil almasına dəstək göstərən proqramını xatırladıb. Bildirib ki, həmin gənclər vətəndaşı olduqları dövlətlər ilə qardaş Türkiyə arasında əlaqələrin, əməkdaşlığın daha da güclənməsində fəal rol oynadılar, buna görə də Azərbaycanda təhsil alacaq şəxslər üçün ayrılan kvotalarda türk dövlətlərindən – Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan  və türk toplumlarından, Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımıza – Cənubi Azərbaycan (İran), Dağıstan (Rusiya), Borçalı (Gürcüstan), gənclərə öncüllüyün verilməsi türk dövlət və toplumları, Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımızla  əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək və bu, Azərbaycan üçün strateji baxımdan çox önəmlidir.

Eyni zamanda, millət vəkili ağır durumda olan türk toplumlarının, İraq türkmənləri kimi soydaşlarımızın da bu kvotalarda yer almasına  toxunub.

Millət vəkili qeyd edib ki,  İraq türkmənlərinin ləhcələrinin 98 faizi bizim ləhcəmizlə eynidir və İraq türkmənlərindən müəyyən sayda istedadlı gənclərin Azərbaycana gəlib, burada Azərbaycan dövlətinin dəstəyi və maliyyəsi ilə  təhsil alması həmin gənclərin ölkələrinə qayıtdıqdan sonra Azərbaycan ilə İraq türkmənləri, soydaşlarımız arasında əlaqələrin güclənməsinə öz töhfəsini verə bilər:

“Həm də Azərbaycanın İraqdakı soydaşlarımıza dəstəyi və oradakı insanlarımızın güclənməsi  baxımından çox strateji bir addım olar”.

Etikxeber.az

 

 

Read Previous

“Burada mənim izzəti-nəfsimə toxunan bir məsələ oldu ki…” – BAHAR MURADOVA

Read Next

“DQR”-in danışıqlarda iştirakı yolverilməzdir – SONA ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir