Millət vəkili Fuad Poladovdan yazdı…

“Teatrda hər nəslin öz yeri var” deyən FUAD POLADOVUN timsalında Azərbaycan teatrı və kinosu aktyorluq sənəti tariximizdə həm gənc, həm orta və həm də yaşılı nəslinin ən istedadlı, say-secmə aktyorları arasında həmişə özünəməxsus layqli yeri olan sənətkarlardan birini də itirdi…

FUAD POLADOV Azərbaycan teatr aləmində tək-tük qalan peşəkarlardan, öndə gedənlərdən, üzdə olan, həmişə ”gözə görünən” aktyorlardan biri olmaqla yanaşı, həm də şəxsən tanıdığım sənət adamları arasında dünya görüşü, xarakteri və intellektuallığı ilə seçilən, şöhrətə gedən yolda həm də şəxsiyyəti formalaşmış obyektiv bir insan idi…

fuad poladov

Öz unikal yaradıcılıq keyfiyyətləri ilə seçilən görkəmli sənət adamı, çox qabiliyyətli teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Rus Dram Teatrının səhnələrində,eləcə də 40-dan artıq film və teleseriallarda yüksək sənətkarlıqla yaratdığı bir-birindən maraqlı obrazları ilə geniş tamaşaçı kütləsinin böyük rəğbət və məhəbbətini qazanmış Azərbaycanın xalq artisti, bir sıra nominasiyaların qalibi FUAD POLADOVUN vəfatı ilə əlaqədar mərhumun ailəsinə, doğmalarına, əzizilərinə, dostlarına,yaxınlarına, sənətinin pərəstişkarlarına dərin hüznlə baş sağlığı verirəm!

Allah rəhmət eləsin!

Onun haqda keçmiş zamanda danışmağı qəbul etmək çox çətin…FUAD POLADOV böyük sənətkar və gözəl bir insan kimi sevilir, seviləcək və xatirəsi əziz tutulacaq!

Əli MƏSİMLİ,

Milli Məclisin deputatı,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Etikxeber.az

Read Previous

“Elə xəstəliklər var ki, onların müalicəsi asan deyil, amma…” – MİLLƏT VƏKİLİ

Read Next

Fuad Poladov dəfn olundu – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir