Millət vəkili-“HESABAT” VERDİ – FOTO

Millət vəkili Ramin Məmmədov seçicilərinə və mediaya müraciət edib.

Etikxeber.az-ın xəbərinə görə, o, müraciətində qeyd edib:

Hörmətli seçicilərim, media nümayəndələri və dostlar!

Bir ilə yaxın müddətdir ki, 64 saylı Sabirabab ikinci Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat kimi sizlərlə fəaliyyətimizi əhatə edən məlumatları müntəzəm olaraq paylaşırıq.

Bu bir il ərzində gördüyümüz işləri əks etdirən HESABAT jurnalı işıq üzü görüb. Qeyd olunan dərginin 2020- ci ilin iyul-dekabr aylarını əhatə edən 3-cü nömrəsi hazırlanıb. 72 səhifəlik jurnalda seçicilərlə apardığımız iş, iştirak etdiyimiz tədbirlər (ölkədaxili və beynəlxalq), müxtəlif yerli və xarici KİV-lərə verdiyimiz müsahibələr, dərc olunmuş məqalələr haqqında məlumatlar yer alıb”.

O, həmçinin qeyd edib ki, jurnalın məzmunu ilə tanış etmək məqsədilə bölmələrə uyğun məlumatlar sosial media vasitəsilə paylaşılacaq.

“Fürsətdən istifadə edərək, fəaliyyətimizə dəstək vermiş bütün təşkilatlara, KİV nümayəndələrinə və seçicilərimə bir daha təşəkkür edirəm”-deyə,millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Onun ayaq basdığı, Ucaldığı, Adını daşıdığı bu yüksəklikdə Azərbaycan Bayrağı dalğalanır!…”-SABİQ DEPUTAT YAZDI – (İKİNCİ-SONUNCU HİSSƏ)

Read Next

Daha bir nişan məclisini təşkil edənlər-CƏRİMƏLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir