Millət vəkili İstanbul terraktını lənətlədi: “Türkiyəni diz çökdürə bilməyəcəklər”

“Qardaş və dost Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda törədilən qanlı terrakt hər birimizi  sarsıtdı, ağrıtdı, üzdü, dərindən kədərləndirdi”.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov dilə gətirib.

Millət vəkili inanır və ümid edir ki, bu terraktı törədənlər və onun arxasında dayananlar tez bir zamanda aşkarlanaraq üzə çıxarılacaq və ədalət mühakiməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar:

“Bu terraktı törədənlər, ona rəvac verənlər mütləq və mütləq layiqli cəzalarını almalıdırlar və alacaqlar da. Başqa cür də ola, bunun əksini də düşünmək olmaz”.

E. Səlimov eyni zamanda bildirir ki, terrorun milləti, dini, irqi olmur.

“Kimliyindən, hansı millətə, hansı dinə və hansı irqə mənsubiyyətindən asılı olmayaraq da hər kəs qanlı, amansız terrora qarşı çıxmalı, ona qarşı birlikdə mücadilə etməli, terroru və terrorçuları, onları bəsləyənləri lənətləməlidir. Azərbaycan dövləti və xalqı da uzun illərdən bəri terrordan və terrorçulardan əziyyət çəkən bir toplum olaraq hər zaman terrora və terrorçulara qarşı çıxıb, onları lənətləyib, pisləyib, öz əməli və birmənalı mövqeyini ortaya qoyub.  Azərbaycan xalqı bu ağır anlarda da qardaş və dost Türkiyənin, Türk millətinin yanındadır, onun açısını, kədərini bölüşməkdədir, terrora, terrorçulara lənət oxumaqdadır, kəskin qəzəbini və etirazını ifadə etməkdədir. Çünki Ulu Öndərimiz-mərhum Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik. Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir.

Bu baxımdan,  heç kim, heç bir qüvvə nə Türkiyəni, nə də Azərbaycanı diz çökdürə biləcək. Nə qədər çalışsalar, nə qədər cəhd etsələr də, buna nail-müvəffəq ola bilməyəcəklər. Əksinə, Türkiyəylə Azərbaycan birlikdə bütün çətinlikləri, maneələri birlikdə aşacaq, dəf edəcək və irəliyə doğru qoşa qanad kimi addımlayacaq. Kimsənin də buna şübhəsi olmasın və ola da bilməz.

Bir daha İstanbul terraktında dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, məkanları huzurlu, yaralananların isə yastığı yüngül olsun deyirik”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az 

 

 

Read Previous

Terrakt qurbanları dəfn olundu, Ərdoğan sərt danışdı: “Bədəlləri ağır olacaq” – FOTOLAR

Read Next

ABŞ Azərbaycanlıları Şəbəkəsi Türkiyəyə dəstək kampaniyasına start verib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir