Millət vəkili kadr dəyişiklikləri və İSLAHATLARINDAN DANIŞDI

Prezidenti İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin də islahatların da əsasında Azərbaycan xalqının rifahının təmin olunması məqsədləri dayanır. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşiyır.İslahatların birinci mərhələsi əsasən qanunvericilik və instutisional sahələri əhatə etdi və dərhal sonra struktural və kadr islahatlarına keçid başladı.

Əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünsə də, bir qədər diqqət etsək kadr islahatlarının da islahatlarının digər komponetləri ilə paralel həyatya keçirildiyini görə bilərik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, çünki 2015-ci ildən bəri alınan qərarlar,imzalanan sərəncam və fərmanlar deyilənləri təsdiq edir və xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişikliklərin olduğunu göstərir:

hacibala-ilya

sahin-ilya

hikmet_babaoglu_2

“Son dəyişiklər isə kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqəti cəlb edir. Qısa müddətdə Baş nazirin dəyişməsi, Baş nazirin müavinlərinin işdən azad edilməsi və artıq yeni Baş nazirin müavini vəzifəsinə təyinatın olması kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir. Həmçinin, bu proses sadəcə kadrların dəyişməsi deyil həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyini gətirilməsi kimi nəzərdən keçirilməlidir.

Çünki böyüyən iqtisadiyyatı idarəetmək və onu inkişafını təmin etmək qlobal iqtisadi çağrışlar və milli maraqlar kontekstində olduqca aktualdır.İslahatların ən ümdə vəzifələrindən biri də əhalinin rufah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin daha da aşağı səviyyəyə salınması, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır.

Bütün bunlar isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi kadr siyasətinin də islahatların da əsasında Azərbaycan xalqının rifahının və ölkəmizin inkişafının təmin olunması məqsədlərinin dayanmasını göstərir…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Putin-Ərdoğan görüşü – NƏ VƏD EDİR?

Read Next

“Hamımız vahid komandanın üzvləriyik…” – GÖVHƏR BAXŞƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir