Millət vəkili macarlara-TƏŞƏKKÜR ETDİ…

Ötən il Avropa İttifaqı “Avropa Sülh Mexanizmi” çərçivəsində Ermənistana 10 milyon avro hərbi yardım ayırmış, bu il isə bu yardımı ikiqat artıraraq 20 milyon avroya çatdırmışdır. Bu fakt, bir tərəfdən sülh fondu adı ilə Ermənistanı müharibəyə hazırlayan Avropa İttifaqının siyasi riyakarlığını göstərirsə, digər tərəfdən Ermənistanın sülh və barış haqqında səsləndirdiyi bəyanatların nə qədər qeyri-səmimi olduğunu bir daha təsdiqləyir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev deyib.

Onun sözlərinə görə, ancaq təqdirəlayiq haldır ki, bizə dost ölkə olan Macarıstanın prinsipial mövqeyi və vetosu nəticəsində Avropa İttifaqının bu rəzilliyi baş tutmayıb.

“Belə ki, Macarıstan Avropa İttifaqının Ermənistana əlavə hərbi yardım ayırmasına qarşı çıxaraq haqlı olaraq bəyan etdi ki, eyni məbləğdə vəsait Azərbaycanın mina təmizləmə fəaliyyətinə də yönəldilməsə, bu qərarın təktərəfli icrasına imkan verməyəcək.Macar dostlarımızın bu ədalətli və eyni zamanda cəsarətli addımını yüksək qiymətləndirir, onlara təşəkkürümü bildirirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

QHT Koalisiyasının müraciəti Daxili İşlər nazirinin birinci müavini tərəfindən-DƏSTƏKLƏNDİ VƏ…

Read Next

İlham Əliyev Çinə-SƏFƏR ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir