Millət vəkili Moldovada prezident seçkilərini müşahidə edəcək

Milli Məclisin (MM) deputatı Sabir Hacıyev oktyabrın 26-dan 31-dək Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaq.

O, MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçi qismində oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkilərinin gedişini izləyəcək.

Bu barədə Etikxeber.az-a MM-in  mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan parlamentinin nümayəndəsi əvvəlcə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü paytaxtdakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcək.

Etikxeber.az

Read Previous

Prezident Berdiməhəmmədovu təbrik etdi

Read Next

“Neftçi” futbol klubunda yeni təyinat olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir