Millət vəkili narazılıq etdi…

Deputat: Onlar ali məktəbləri yeni bitiriblər, haradan iş təcrübələri olsun?

Millət vəkili Azər Badamov gənclərin, xüsusilə də, ali məktəbləri bitirən gənclərin işlə təmin olunması məsələsini qaldırıb.

Etikxeber.az-ın xəbərinə görə, o, bu haqda fikirlərini parlamentin Gənclər və idman komitəsinin yanvarın 25-də keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı səsləndirib.

O, Azərbaycanda uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini, gənclərə öz potensiallarını nümayiş etdirmələri üçün hər cür imkan vəşərait yaradıldığını xatırladıb.

Bildirib ki, dövlət, hökumət rəhbərliyi, ən əsası ölkə prezidenti səviyyəsində gənclərə böyük diqqət və qayğı mövcuddur:

azer-badamov

“Amma bununla belə, bəzən gənclərimiz işlə təminat məsələsində çətinliklərlə üzləşirlər. Onlar ali məktəbləri bitirib, işlə təmin olunmaları üçün müvafiq qurumlara müraciət edəndə “iş təcrübəsi” şərti, baryeri ilə üzləşirlər. Yəni, onlar qarşısında iş təcrübəsinin olub-olmadığı şərti qoyulur. Axı, onlar ali məktəbləri yeni bitiriblər, haradan iş təcrübələri olsun? Ona görə hesab edirəm ki, bu məsələ, bu baryer aradan qaldırılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Gənclər siyasəti ilə bağlı qanuna bir sıra dəyişikliklər təklif olunur… – YENİLƏNİB – (2)

Read Next

“O, hər iki xalqın düşmənidir…” – ƏFLATUN AMAŞOVDAN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir