Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Jalə Əliyeva dünən və bu gün Ramazan bayramı münasibətilə Zərdab və Ucar rayonlarında şəhid ailələrinə baş çəkib, onların problemləri ilə maraqlanıb.
Etikxeber.az-a daxil olan məlumata görə, millət vəkili həmçinin, Zərdab rayonunda Şəhidlər Məzarlığını ziyarət edib, Şəhidlərin ruhuna dualar oxuyub.
“Ramazan bayramını Zərdabda və Ucarda şəhid ailələri ilə birlikdə qeyd etdik. Növbəti dəfə igid oğullarımızın evlərinə, ailələrinə baş çəkdik, əbədi uyuduqları Şəhidlikdə onları ziyarət etdik, dualar oxuduq. Gözü yaşlı, amma məğrur analarına növbəti dəfə təsəlli verdik”.
Bunu isə millət vəkilinin özü qeyd edib.
O, daha sonra “Qürurlu şəhid atalarına bir daha səbr dilədik. Bu günümüzü, qələbəmizi borclu olduğumuz bütün Şəhidlərimizin müqəddəs ruhu qarşısında ehtiramla baş əyirik”-deyə, sözlərinə əlavə edib.









Etikxeber.az