Millət vəkili Eldəniz Səlimov bu gün Xaçmaz rayonundakı bəzi Şəhid ailələrini ziyarət edib.
Etikxeber.az-ın xəbərinə görə, millət vəkili ziyarəti zamanı bir daha Şəhid ailələrinin qayğılarını, onları maraqlandıran məsələləri dinləyib, onlarla fikirlərini bölüşüb.
Millət vəkilinin təşəbbüsü ilə həm də Şəhid ailələrinə bayram sovqatları paylanılıb.
“Şəhidlər baş tacımızdır. Onlar bizim müqəddəs and yerimizdir. Onların ailələrini ziyarət etmək, onlara baş çəkmək hər birimizin borcudur. Həm Şəhidlərimizə, həm də Şəhid ailələrinə borcluyuq, minnətdarıq”-deyə, millət vəkili bildirib.




Etikxeber.az