Millət vəkili Novruz bayramında seçicilərini dinlədi-AZTƏMİNATLI AİLƏLƏRİ SEVİNDİRDİ… – FOTOLAR

Milli Məclisin deputatı, Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva elimizin əziz bayramı olan Novruz münasibətilə seçildiyi dairədən 20 aztəminatlı ailəyə bayram sovqatı göndərib, onların bayramını təbrik edib.

Etikxeber.az xəbər verir ki, Jalə Əliyeva həmçinin ötən gün Zərdab rayonunun Gəlmə kəndində kənd ağsaqqallarının və ictimai fəalların müraciəti əsasında görüş keçirib.

Öncə Gəlmə kəndində şəhidlərin şərəfinə ucaldılan xatirə kompleksi ziyarət olunub, ruhlarına dualar oxunub.

Daha sonra görüşdə kəndin mövcud problemləri deputatın diqqətinə çatdırlıb.

Kənd camaatı qaldırılan problemləri əlaqədar təşkilatlara çatdırmasını və həllinə köməklik göstərməsini deputatlarından xahiş ediblər.

Görüş kənddə səmimi bir ortamda, çay süfrəsi arxasında davam edib.

Millət vəkili eyni zamanda sosial şəbəkə hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.

Paylaşımda qeyd olunur:

“Bu gün elimizin-obamızın əziz günü olan Novruz bayramıdır. Kökünü ən qədim yüzilliklərdən alan, xalqımızın böyük dəyər verdiyi və ənənələrini sevgiylə, ehtiramla qoruyub saxladığı bu bayram münasibətilə bütün dəyərli seçicilərimi, qəhrəman qazilərimizi, məğrur şəhid ailələrini təbrik edirəm.

Hər bir azərbaycanlıya aydın səma, daim əmin-amanlıq, bol ruzi-bərəkət arzu edir, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə şəfa diləyir, şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Allah xalqımızı, ordumuzu, Prezidentimizi qorusun. Allah şəhidlərimizə rəhmət etsin. Bayramınız mübarək!”

Etikxeber.az

Read Previous

“Şuşa Azərbaycanın əzəli ərazisidir, Ermənistanın reallıqları qəbul etməsi faydalı olar”-XİN BƏYANAT VERDİ

Read Next

“Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”-İLHAM ƏLİYEV AZƏRBAYCAN XALQINI SUQOVUŞANDAN TƏBRİK ETDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir