Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əvvəla, 6-cı cağırış Milli Məclisə üzv seçilən bütün həmkarlarımı ürəkdən təbrik edir, onlara 5 illik fəaliyyətlərində uğurlar arzulayıram.İkincisi, Sahibə xanım Qafarova başda olmaqla, parlamentin rəhbərliyinə, sədarətə, o cümlədən, komitə sədrləri və komitə sədrlərinin müavinləri seçilən insanları, millət vəkillərini təbrik edir, onlara müstəqil və tərəqqi edən Azərbaycana naminə fəaliyyətlərində, ölkənin siyasi və iqtisadi inkişafına böyük və müsbət təsir göstərəcək, töhfə verəcək qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi işində növbəti nailiyyətlər diləyirəm. İnanıram və qəti əminəm ki, 6-cı cağırış parlament ölkə Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatlar prosesinə daha geniş dəstəyini verəcək, bu prosesdə daha öndə gedəcək. Eyni zamanda, ölkə Prezidentinin 6-cı çağırış Milli Məclisin açılış iclasında söylədiyi tarixi və unudulmaz nitqindəki fikirlərinə, mesajlarına uyğun hərəkət edəcək, onları öz fəaliyyətində rəhbər tutacaq.
Bunu Etikxeber.az-a açıqlamasında ikinci dəfə millət vəkili seçilən Eldəniz Səlimov deyib.
Millət vəkili bildirib ki, bunun üçün indiki tərkibin, 6-cı çağırış Milli Məclisin (MM) və onun üzvlərinin tam imkanı, potensialı var.
“İkinci dəfə millət vəkili seçilən bir deputat olaraq da həm mənim namizədliyimi irəli sürən hakim Yeni Azərbaycan Partiyasının (YAP), həm də, namizədliyimi dəstəkləyən, mənə etimad göstərən əziz xaçmazlılarımın, seçicilərimin güvənini, etibarını doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Yenə onların etimadına layiq olmağa çalışacağam, hər zaman olduğu kimi, bundan sonra da ölkədə həyata keçirilən dövlət siyasətinin, o cümlədən, seçicilərimin yanında olacağam. Millət vəkili olmaq, ikinci dəfə bu etimadı qazanmaq təkcə sevinc, uğur, xoşbəxtlik deyil, həm də böyük və ağır məsuliyyətdir. Bu etimadı və məsuliyyəti üzərimdə hiss edirəm və hər zaman da hiss edəcəyəm. İnanıram ki, partiyamız da, seçicilərim də öz etimadlarında, seçimlərində yanılmayacaqlar”-deyən millət vəkili 6-cı çağırışda da əvvəlki komitələrdə-Aqrar siyasət, o cümlədən, Gənclər və idman komitələrində fəaliyyət göstərəcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, adıçəkilən komitələrə vitse-spiker Adil Əliyevlə Tahir Rzayev sədr seçiliblər.
Onlar Eldar İbrahimovla Ülvi Quliyevi əvəzləyiblər.


Etikxeber.az





