Yeni Azərbaycan Partiyasının VII qurultayında cənab İlham Əliyev yekun nitqində maraqlı bir nüansa toxunmuşdu. Dövlət başçısı bildirmişdi ki: “1991-1992-ci illəri görməyən gənc nəsil ölkə haqqında həqiqətləri bilmir. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar.” Əslində bu çıxışla cənab Prezident bizim fəaliyyətimiz üçün də yeni bir istiqamət müəyyən etmiş oldu.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov dilə gətirib.
Qeyd edib ki, bu tezisi rəhbər tutaraq Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə rayon Təhsil şöbəsi, məktəb direktoru və sinif müəlliminin icazəsi ilə dövlət başçısının tövsiyəsinə uyğun olaraq gənc nəslin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, Vətən Müharibəsindəki zəfərimizin kökündə dayanan amillərlə bağlı şagirdlərlə maraqlı dərsi olub.
“Qeyd edim ki, bu, artıq bizim son iki ayda ikinci belə görüşümüz idi və bundan öncə Ağayrı kənd məktəbində şagirdlərlə görüşmüşdük…”-deyə, o, əlavə edib.



Etikxeber.az