Millət vəkili qaz limitinin artırılmasını həm təqdir, həm tənqid etdi…

Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı.

Bu, hər bir halda irəliyə doğru bir addımdır, ancaq vətəndaşlarımız üçün qaneedici deyil.

Milli Məclisdə bizim təklifimiz limitin iki dəfə artırılması olmuşdu.

Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı.

Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır.

qaz-qaz

Hər bir halda bundan sonra da məsələ diqqətimizdə olacaq, elektrik enerjisinin istehlakı ilə də bağlı vətəndaşın durumunu yüngülləşdirici addımlara ehtiyac var.

Ümid edirəm ki, yaxın günlərdə bu məsələdə də bir irəliləyiş olacaqdır.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“İslahatlara alternativ yoxdur”- PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Çempionlar Liqasının yarımfinalı – “AYAKS” QƏLƏBƏ QAZANDI – YENİLƏNİB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir