Millət vəkili Şəhid ailəsində oldu-SEÇİCİLƏRİ İLƏ BİRGƏ OT YIĞDI, ALAQ OTU TƏMİZLƏDİ, DOĞUM GÜNÜNÜ ONLAR ARASINDA KEÇİRDİ, “AD GÜNÜ “TOPLANTI”MIZI GİZLİ TUTMAYACAĞAM…”-DEYƏ, ZARAFAT ETDİ…-FOTOLAR

Gərgin qrafikimizə baxmayaraq, həmçinin, Biləsuvar rayonunun Ağalıkənd kəndində özümüzə doğma ocaq saydığımız şəhid Qurbanov Coşqun Yusif oğlunun evinə gedib, ailəsi ilə görüşdük.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Seçkilər zamanı təbliğat-təşviqat kampaniyası başlananda biz Solmaz ananın əllərindən öpüb, xeyir-duasını almışdıq, bəzi nadanlar və yaramazlar, “cib mediası” mənsubları o fotoları seçki xatirinə çəkdirdiyimizi iddia edən yazılar dərc etdilər. Amma biz o gündən Solmaz ana ilə mütəmadi bir-birimizdən xəbər tuturuq, bu gün isə karantin qaydalarının tələblərinə riayət etməklə evində olub varlığından güc aldıq, ona sevgi və ehtiramımızı bildirdik, habelə qayğıları ilə maraqlandıq. Nə qədər danışmaq istəməsə də bir neçə problemi özümüz aşkara çıxardıq və nəzarətə götürdük”-deyə, millət vəkili əlavə edib.

O, eyni zamanda qeyd edib ki, seçici qəbulunu qeyri-ənənəvi formatda keçirib.

“Bu dəfə vətəndaş yox, biz vətəndaşın qəbuluna getdik. İşin-gücün qızğın çağında Çaylı kənd sakinlərini əlbəttə tarlada və ya örüşdə tapmaq olardı. İnsanlar baş verənlərə əvvəlcə inana bilməsələr də, buzları əritdik və zəhmət adamları ilə iş başında çox səmimi görüşümüz alındı, problemləri ilə yerindəcə əyani formada tanış olduq, təkliflərini, istəklərini dinlədik, səlahiyyətimizin yetdiyi qədər edə biləcəklərimiz onlara izah olundu. Daha sonra gücümüz çatan qədər fiziki işlərinə də əl atdıq, özümün də kənd adamı olmağımı nəzərə alsaq, pis də alınmadı…”-deyə, millət vəkili sonra bildirib.

Onu da qeyd edək ki, millət vəkilinin 37 yaşı tamam olub və doğum gününü bu dəfə millət vəkili kimi, həm də seçiciləri arasında keçirib.

“Qismət elə gətirdi ki, 37-ci doğum günümü millət vəkili kimi qeyd edirəm. Gün ərzində deputat həmkarlarım, dostlarım və seçicilərimdən çoxsaylı zəng və təbriklər almışam. Hər birinizə diqqətinizə, xoş sözlərə, gözəl arzulara görə təşəkkür edirəm! Bəzilərindən fərqli olaraq, ad günü “toplantı”mızı gizli tutmayacağam, odur ki, doğum günümdən lentə alınmış bəzi rəsmləri Sizinlə paylaşıram”-deyə, millət vəkili daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Hamımız qanunlar qarşısında bərabərik və hamılıqla da onlara əməl etməyə borcluyuq “-ELDAR İBRAHİMOV MƏLUM TOY MƏCLİSİNƏ VƏ SİYAVUŞ NOVRUZOVLA BAĞLI MƏSƏLƏYƏ MÜNASİBƏT BİLDİRDİ

Read Next

“Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və onların tələblərinə hörmətsiz yanaşa bilməz…”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir