Millət vəkili Əminə Ağazadə Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baş gizir və 3 övlad atası Nahid Sovqat oğlu Mikayılovun ailəsini ziyarət edib.
Etikxeber.az xəbər verir ki, millət vəkili Şəhidin xanımı Jalə Mikayılova və 3 övladı ilə görüşüb.
Millət vəkili bir daha Şəhidin ailəsinə başsağlığı verib, onlara bir daha Allahdan səbr diləyib.
Qeyd edək ki, dünən, 31 oktyabr tarixi Şəhid Nahid Mikayılovun Anım Günü idi.



Etikxeber.az