Millət vəkili seçicilərini ayda bir dəfə-“DEPUTATLA NAHAR”A DƏVƏT EDƏCƏK…

Karantin tədbirləri bitdikdən sonra “Deputatla nahar” adlı maraqlı bir ənənə başlamaq istəyirəm. Yəni, indidən hazır olun. Qaydaya görə hər ay bir nəfər olmaqla, ölkəmiz, yaxud rayon və kəndi üçün ciddi iş görmüş, müsbət nəticələr qazanmış, yaxud təhsilində, işində əhəmiyyətli uğur əldə edən bir nəfər seçicini nahara dəvət edəcək, onunla ilə nahar süfrəsində maraqlı müzakirələr aparacam.

Etikxeber.az cəbər verir ki, bunu Biləsuvardan seçilən millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Dediyim kimi bu cür qeyri-rəsmi formatda hər ay yalnız bir seçici ilə görüşəcəyik. Lakin, ilk dəvətlim istisna kimi 3 nəfər olacaq və onları Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan seçicilərim arasından seçəcəyəm. Bir məqamı da deyim ki, bu ideyanın müəllifi mən deyiləm, əvvəllər işlədiyim mötəbər şirkətlərin birində, bir az fərqli formatda olsa da həmin ənənə var idi…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in sabahkı iclası: ƏLİ ƏSƏDOV BAŞ NAZİR KİMİ İLK HESABATINI VERƏCƏK, ELMAN RÜSTƏMOV YENİDƏN MB-NİN İDARƏ HEYƏTİNİN ÜZVÜ TƏSDİQLƏNƏCƏK-DEPUTATLAR VƏ HÖKUMƏT ÜZVLƏRİNDƏN BƏZİLƏRİ İCLASA QATILMAYACAQ…

Read Next

“Koronavirus pandemiyasının sonunu təxmin etmək hələ tezdir, iki həftədən sonra…”-ÜST-DƏN AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir