Millət vəkili yubiley doğum gününü qeyd etmədi-ŞƏHİD AİLƏSİNİN YANINDA OLMAĞI VACİB SAYDI…

Bu gün Azərbaycanın tanınmış ziyalılarından və siyasilərindən olan, 2001-ci ildən Ağcabədini parlamentdə uğurla və layiqincə təmsil edən millət vəkili, şair Tahir Rzayevin yubiley doğum günüdür.

Bu əlamətdar günlə bağlı həm təbrik etmək, həm də yubiley düşüncələrini öyrənmək üçün ona-yubilyara zəng etdik.

Ancaq onun səsi şəhid ailəsindən, baş tacımız olan şəhidimiz-ağcabədili Akif Elşən oğlu Abbasovun yas-hüzr məclisindən gəldi.

Bu yerdə xatırladaq ki, T. Rzayev həm sosial şəbəkə hesabında, həm də mətbuatda şəhidimizlə bağlı fikirlərini bildirmiş, “Torpaq səni sinəsində yaşadacaq, adını cücərtəcək, nəslinə qol-qanad verəcək“-demişdi.

Millət vəkili şəhidimizin üç mərasiminə qatıldığını, bu səbəbdən də geniş danışa bilməyəcəyini dedi, eyni zamanda, yubiley doğum gününü qeyd etməyəcəyini sözlərinə əlavə etdi.

“Mən hazırda şəhid balamızın hüzr mərasimindəyəm. Bütün şəhidlərimiz, akiflər bizim baş tacımız, müqəddəs and yerimizdir. Mənim də bir vətəndaş, bir ziyalı, bir ağcabədili kimi borcumdur ki, şəhidimizin yas mərasimində iştirak edim, onun ailəsinin yanında olum”-deyə, o, fikirlərini tamamlayıb.

Əlamətdar günündə şəhidimizin yas mərasimində olmaq, bir daha şəhid ailəsinin dərdinə şərik çıxmaq və bu səbəbdən də yubiley doğum gününü qeyd etməmək özü artıq böyük vətəndaşlıq, əsl insanlıq və əsl ziyalılq nümunəsidir.

Bu, T. Rzayevin bir daha dəyərlərə, ənənələrə üstünlük verməsindən, sadiqliyindən, insanlıq, ziyalılıq mövqeyindən irəli gəlir və alqışa, təqdirə layiqdir.

Odur ki, Allahdan bir daha şəhidimizə rəhmət diləyir, T. Rzayevə isə can sağlığı, huzurlu, səadətli uzun ömür arzulayır, “yubiley doğum gününüz mübarək olsun” deyirik!

Etikxeber.az

Read Previous

Koronavirusla bağlı bir sıra Avropa ölkələrinin səhiyyə nazirləri-BİR ARAYA GƏLƏCƏK

Read Next

Azərbaycan idmançılarının Olimpiya oyunlarına hazırlığına dair-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir