Millət vəkilindən Ordu ilə bağlı iki status-iki baxış…

Sosial şəbəklərdə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə reportaj hazırlayan “CBC” telekanlının aparıcısı Elmira Musazadə döyüş helikopterlərə yaxın məsafədən veriliş apardığı videogörüntüsü yayıldı.Bu hərəkəti mən yolverilməz və təhlükəli hesab edirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə sosial hesabında yazıb.

“Helikopterlərin pərləri aparıcı qıza çox yaxın məsafədən keçirdi. Ani bir diqqətsizlik texnikanın və onun arxasınca gələn digər texnikaların ağır qəzasına, ən vacibi isə gənc qızın həyatını itirməsinə səbəb ola bilərdi”-deyə, o, sonra yazıb.

Millət vəkili Ordu günü ilə bağlı növbəti statusunda isə bunları yazıb:

paradddd-8

paradddd

paradddddd-7

“Dünən silahlı qüvvələrimizin 100 illik yubileyi münasibəti ilə keçirilən paradda dörd vacib məqam var idi.

1. Azərbaycan Respublikasının Prezidenti, Silahl Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışında silahlı qüvvələrimizə verdiyi yüksək qiymət və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi vacib bəyanatlar.

2. Şəxsi heyətin və müasir hərbi texnikanın iştirakı ilə keçirilən möhtəşəm hərbi parad.

3. Bakıda keçirlən hərbi paradda qardaş Türkiyənin silahlı qüvvələrinin hərbi dəstəsinin iştirakı.

4. Yüz minlərlə vətəndaşlarımızın ordumuza dəstək vermək üçün üçrəngli barağmızla ailəliklə paradı izləməsi”.

Etikxeber.az

Read Previous

“Biz evcilik oynamırıq” -deyən AKŞƏNƏRDƏN İNCƏYƏ VƏ MHP-YƏ SƏRT TƏPKİ…

Read Next

“Onlara söyləmək istəyirəm ki…” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir