Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Yurd”çuların hamısının siyasi gedişatını təhlil edəndə aydın olur ki, onların içərisindən Azərbaycan dövlətinə, xalqına bağlı adam çıxmayıb. Elə bil bölüşdürüblər. Fazil Mustafa Azərbaycan tarixini aşağılamağa, Qüdrət Həsənquliyev isə Azərbaycan torpaqlarının işğal edilməsində təslimçi əhval-ruhiyyənin formalaşdırılmasına xidmət edir. Əli Kərimli istisna olmaqla, böyük əksəriyyəti hökumətin yanındadır. Asim Mollazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev… “
Bu ifadələri PKK-çı Dilanın Azərbaycan siyasətinə sırıdığı, sonralar özünü dəfələrlə Nobel mükafatına namizəd elan etmiş Sərdar Cəlaloğlu işlədib.
Olsun, onsuz da bu cür yaramazların ittihamlarını bir tərəfə qoyub biz öz millətimizin faydasına olan çalışmalarımızı daha qətiyyətlə davam etdiririk.
Nə dövlətimin, nə hökumətin, nə də millətimin nəzdində başımı aşağı edəcək hansısa məqam olmadığına görə alnı açıq cəmiyyət qarşısına çıxıb öz fikirlərimi, baxışlarımı ortaya qoyuram.
Sadəcə, bu ifadələr mənə iki il öncə Qüdrət bəyin mətbuata açıqladığı bir epizodu xatırlatdı.
Demək Sərdar Cəlaloğluna hökumətin konkret bir məmuru ayda 10 min dollar pul verir. O vaxt 1 manat 70 sent idi və bir neçə ay bu pulu alan şanlı müxalifətçimiz (sonradan qulağından tutub prezident seçkilərinə də bu adla qatmışdılar) Sərdar Cəlaloğlunun içinə şübhə dolur və hövlanak gəlir Qüdrət bəyin yanına.
Deyir, məndə şübhə var ki, bu pulu mənə manatla təyin ediblər, bəlkə konkret məmur bunu dollara dəyişib verir, bu məsələni dəqiqləşdirmək mümkündürmü?
Bir Allah bilir ki, bu epizod nöqtəsinə, vergülünə qədər doğru idi.
Dağıl ay dünya! Sərdar Cəlaloğlu da kimlərisə hökumətə işləməkdə ittiham edir.
Razıyam ki, Sərdar Cəlaloğlunun bu hərəkətinə hökumətə işləmək deməzlər… ödənən zəhmət haqqı deyərlər.
Canı-könüldən xərcləyə bilərsən, halalındır!
Fazil MUSTAFA,
Millət vəkili
Etikxeber.az





