Millət vəkilinin növbəti qəbulunda-NƏLƏR DİLƏ GƏTİRİLDİ? – FOTOLAR

Milli Məclisin (MM) 50 saylı Abşeron-Qobustan Seçki Dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayon Heydər Əliyev Mərkəzində Qobustan rayon sakinləri üçün fərdi vətəndaş qəbulu keçirib.

Etikxeber.az-ın xəbərinə görə, Bədəlli, Nabur Sündü kəndləri, həmçinin Qobustan şəhərindən olan 20-dən artıq sakinlə keçirilən fərdi vətəndaş qəbulunda kommunal xidmətlər, infrastruktur, məşğulluq, hüquq, torpaq, əmlak, sosial təminat və sağlamlıq məsələləri ətrafında müraciətlər səsləndirilib.

Qeyd edək ki, deputat Şahin Seyidzadə tərəfindən 2021-ci ilin yanvar ayında Qobustan rayonunun Cəyirli və Təklə kəndlərində, həmçinin Abşeron rayonunda səyyar formada fərdi vətəndaş qəbulları həyata keçirilib.

Etikxeber.az

Read Previous

“Şuşa şəhəri tez bir zamanda özünün şöhrətini geri qaytaracaq vəölkəmizin ən gözəl guşəsinə çevriləcək”-DEPUTAT

Read Next

“Elə yeni hüquqi münasibətlər meydana çıxıb ki, onların əvvəlki qaydalarla tənzimlənməsi mümkün deyil…”-DEPUTAT NƏ TƏKLİF EDİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir