Millət vəkilləri Bolqarıstan və Moldovada keçirilən parlament seçkilərini-İZLƏYƏCƏKLƏR

Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament   seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcək.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili seçkiqabağı durum, məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olacaq, seçkinin gedişatını izləyəcək, vətəndaşların fəallığını müşahidə edəcək.

Səfər iyulun 13-də başa çatacaq.

Eyni zamanda, Milli Məclisin bir qrup deputatı Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Kişinyov şəhərinə səfər edəcəklər.

Millət vəkilləri Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə komitəsinin, Jalə Əliyeva MDB Parlamentlərarası Assambleyasının xətti ilə, Elnur Allahverdiyev GUAM Parlament Assambleyasının missiyasında, Elşad Mirbəşir oğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi tərəfindən  prosesə qatılacaqlar.

Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər iyulun 13-də başa çatacaq.

Etikxeber.az

Milli Məclisin Mətbuat və

Read Previous

Bakının baş prospektində avtomobillərin hərəkəti iyulun 12-dək qismən məhdudlaşdırılacaq-BU GÜNDƏN

Read Next

“Rusiya sülhməramlıları məsuliyyətlərini daha dərindən dərk etməli, niyə Azərbaycanda olduqlarını unutmamalı və əsas diqqətlərini bölgəyə gəliş məqsədlərinə yönəltməlidirlər”-BƏHRUZ MƏHƏRRƏMOVDAN KƏSKİN REAKSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir