Millət vəkilləri DYP-dən şikayətləndilər və….

Parlamentdə DYP-nin rəhbərliyi ilə deputatların görüşü olacaq

Millət vəkilləri Dövlət Yol Polisinin (DYP) rəhbərliyi ilə görüş keçrilməsini təklif ediblər.

Etikxeber.az-ın məlumatına görə, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Gənclər və idman komitəsinin bugünkü birgə  iclasında “Yol hərəkəti haqqında” qanunun müzakirəsi zamanı deputat Elşən Musayev deyib ki, dəfələrlə parlamentdə DYP-nin rəhbərliyi ilə deputatların görüşünün keçrilməsi ilə bağlı məsələlər qaldırılıb:
elsan musayev
“Mən xahiş edirəm ki, bir çox problemləri onların diqqətinə çatdırmaq üçün görüş təşkil olunsun. Məsələn, deputatların avtomobilini saxlanması və yaxud da, bir çox nəzərəçarpan məsələlər var ki, onlara aydınlıq gətirilsin”.
tahir-karimli
Deputat Tahir Kərimli də dəfələrlə milliət vəkilləri ilə DYP əməkdaşları arasında müəyyən anlaşılmazlıqların olduğunu bildirib:
“Hətta, bizim bir xanım deputatın avtomobili Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Dövlət Yol Polisin rəhbərliyi aşağı hissələrə izah etsinlər ki, “Deputatın statusu haqqında” qanuna və Konstitusiyaya görə deputatın toxunulmaz şəxsdir”.
Komitə sədri Əli Hüseynli isə söz verib ki, DYP-nin rəhbərliyinin iştirakı ilə belə bir müzkirə yaz sessiyasının sonunadək keçiriləcək.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan olacaq

Read Next

Deputat narazılıq etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir