Millət vəkilləri İlqar Məmmədovun azadlığa buraxılması haqda – RƏY(LƏR)

İlqar Məmmədovun  həbsdən azad edilməsi Azərbaycanın hüquqi dövlət olmasının təsdiqidir 

İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı ilk növbədə onun yaxınlarına, ailəsinə gözaydınlığı verirəm. Eyni zamanda, hesab edirəm, bu, Azərbaycan məhkəmələrinin müstəqil, o cümlədən, Azərbaycanın hüquqi dövlət olmasının, dövlətin öz vətəndaşlarına qarşı humanist yanaşmasının növbəti nümunəsidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, İ. Məmmədovun azadlığa buraxılması heç də beynəlxalq təşkilatların tələbləri ilə bağlı deyil.

“Hər il Azərbaycanda yüzlərlə insan vaxtından əvvəl həbsdən azad edilir, əfv olunur. Eyni zamanda, Azərbaycanda qanunların aliliyinə riayət edilməsinə sərt yanaşma var, bununla belə, kimlər ki, öz səhvlərini, xətalarını anlayırlar, cəmiyyət üçün təhlükəli deyillər, onlara qarşı da zaman-zaman humanist mövqe sərgilənir. İlqar Məmmədovun timsalında elə bunu görmək mümkündür”-deyə, millət vəkili  sözlərinə əlavə edib.

aydinnn

melahet-1

eldar-bdu

Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı da İ. Məmmədovun azadlığa buraxılmasını  müsbət qiymətləndirib.

Bildirib ki, bu, bir daha Azərbaycanın hüquqi və humanist dövlət olduğunun bariz nümunəsidir:

“Azərbaycanda hər bir məsələ qanunlarla tənzimlənir. Ölkəmiz hüquqi, demokratik, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunduğu və təmin edildiyi bir ölkədir. Burada hər kəs kimliyindən, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq, qanun qarşısında məsuliyyət daşıyır. Kimlərsə özlərini qanunlardan yuxarı görə və apara bilməz. Hər bir kəsin də hərəkətinə hüquqi baxımdan qiymət verilir. Odur ki, İlqar Məmmədovun həbsdən buraxılması da Azərbaycanın qanun, hüquq dövləti olduğunu sübutudur”.

Millət vəkili Eldar İbrahimov  öz növbəsndə qeyd edib ki, Azərbaycanda insan hüquqlarının təmin olunması dövlətimizin ali prinsiplərindən biridir:

“Ölkə Konstitusiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil dövlətimizin insan haqları amilinə nə qədər önəm verdiyinin göstəricisidir. Eyni zamanda, insan hüquqlarının təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycanın insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsini faktlarla göstərmək olar. Ölkəmizdə söz, mətbuat azadlığı, fikir plüralizmi mövcuddur, mətbuat üzərində senzura yoxdur, vətəndaş cəmiyyəti daim inkişaf edir”.

Deputat qeyd edib ki, vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir:

“Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı addımlar atır. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir”.

E.İbrahimov qeyd edib ki, İlqar Məmmədovun azadlığa buraxılması iqtidarın və bu işlə məşğul olan hüquq- mühafizə orqanlarının demokratiyaya sadiqliyinin bir daha göstəricisidir.

“Azərbaycanda hər bir şəxs etdiyi əməllərə görə qanun qarşısında bərabər məsuliyyət daşıyır. İlqar Məmmədov cinayət etmişdi və etdiyi cinayətə görə də həbs edilmişdi.  Arzum budur ki, Allah ona ağıl versin və bir də gedib həbsxanaya düşməsin.  Hərəkətlərinə ciddi fikir versin”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İlqar Məmmədov azadlıqda…

Read Next

DTX “əməliyyat” keçirən “reket jurnalistləri” saxladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir