Millət vəkilləri ölkə Prezidentini – TƏBRİK ETDİLƏR

Sadəliyi, səmimiliyi, biliyi və mədəniyyəti ilə milyonların ürəklərinə yol tapmış prezident İlham Əliyev. Bütün Azərbaycan sizinlə fəxr edir və qürur duyur. Allah Sizi qorusun, Cənab Prezident. Ad gününüz mübarək!

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

O, həmçinin, qeyd edib ki, həyatının, fəaliyyətinin hər bir anı parlaq səhifələrlə, uğurlarla dolu olan ölkə Prezidenti bundan sonra da Azərbaycan naminə fədakarlıqlarını davam etdirəcək, ölkəmizi növbəti zəfərlərə çatdıracaq:

“O, tək müstəqil Azərbaycanın Lideri deyil, bütün dünya azərbaycanlılarının Lideridir. Vətənini, millətini, Azərbaycanı sevən hər bir kəs Onu sevir, Onunla qürur duyur. Budur Böyüklük, budur Ucalıq!”

Digər millət vəkili Əflatun Amaşov isə bunları bildirib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirəm.

Cənab İlham Əliyev fəaliyyətilə, gördüyü işlərlə daim tarixdə qalacaq parlaq simadır, yüksək səriştəli dövlət adamıdır. O, dövlət və xalq adamı olmağın müstəsna nümunəsidir. Malik olduğu idarəçilik keyfiyyətləri, alicənablığı və kübarlığı onu hər zaman və hər vəziyyətdə önə çıxarır.

Dünən Azərbaycanın yerli jurnalistlərə müsahibəsində də bunu bir daha gördük. Dövlət başçısı müsahibəsində ölkə həyatının demək olar, bütün istiqamətlərinin geniş təhlilini verdi. Hesab edirəm ki, onun səsləndirdiyi hər fikir Azərbaycanı daha inkişaf etmiş ölkəyə çevirmək yolundakı müfəssəl platforma idi. Bu platformanın uğurlarının daimiliyinə tam əminəm.

Əminəm ona görə ki, cənab İlham Əliyev qətiyyəti və prinsipiallığı ilə də hər zaman öndə olmağı bacaran liderdir.

Prezident İlham Əliyevi bir daha doğum günü – 58 yaşının tamam olması münasibətilə təbrik edirəm. Ona Uca Tanrıdan möhkəm cansağlığı, Vətənimizin daha da çicəklənməsi yolundakı yorulmaz fəaliyyətində yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Uca Tanrı Prezidentimizi və müstəqil Azərbaycanımızı qorusun!”.

Millət vəkili Eldəniz Səlimov da həmkarları kimi, ölkə Prezidentini növbəti doğum günü münasibəti ilə təbrik edib, ona ictimai-siyasi fəaliyyətində, şəxsi-ailə həyatında növbəti uğurlar, zəfərlər arzulayıb:

“Biz fəxr edir və qürur hissi keçiririk ki, İlham Əliyev kimi Liderimiz var. Siyasətçi olmaq, dövlət xadimi olmaq başqa məsələdir, Liderlik başqa məsələ. Yaxşı siyasətçi, yaxşı dövlət xadimi, ölkə rəhbəri ola bilərsən, amma Liderlik zirvəsinə ucalmaq hər kəsin qisməti, bacara, qazana bildiyi keyfiyyət deyil. Ancaq İlham Əliyev Liderlik zirvəsinə ucalmış, bunu bacarmış, nail olmuş bir siyasətçi, dövlət rəhbəridir.

Həm də ona görə fəxr edir və qürur hissi keçiririk ki, məhz İlham Əliyevin Liderlik etdiyi bir məmləkətin-müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Bu baxımdan, bir vətəndaş, bir insan olaraq, bu əlamətdar gündə dövlət başçımıza can sağlığı, uzun ömür, Azərbaycan naminə fəaliyyətində növbəti parlaq qələbə arzulayırıq. Bütün gözəlliklər, bütün qələbələr Sizin və Sizinlə birgə olsun, cənab Prezident!”.

Etikxeber.az

Read Previous

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini – AÇIQLADI

Read Next

İLHAM ƏLİYEV MİQYASLARI – Akademik yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir