Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə Prezidenti cənab İlham İlham Əliyev tərəfindən növbəti dəfə verilən, imzalanan əfv sərəncamını çox yüksək və çox müsbət qiymətləndirirəm. Bu, çox böyük, təqdirəlayiq və alqışlanmalı bir addımdır, hadisədir.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.

O, qeyd edib ki, ölkə prezidentinin imzaladığı əfv sərəncamı ilə daha 634 məhkum öz azadlğına qovuşmuş oldu.
“Əslində, bunlar tək 634 nəfər demək deyil, onların ailə üzvləri, yaxınları, qohum-ərəbaları da var və bu əfvlə 600 dan çox ailənin, minlərlə Azərbaycan insanın sevincinə sevinc qatılmış oldu. Bu addım Azərbaycan dövlətinin necə humanist bir dövlət, onun rəhbəri cənab İlham Əliyevin necə humanist bir insan, müdrik dövlət adamı olduğunu bir daha ortaya qoydu. Özü də qeyd edim ki, bu humanist siyasət, əfv siyasəti illərdir həyata keçirilir. 20 ildən artıqdır Əfv Məsələləri Komissiyası fəaliyyət göstərir. Əvvəllər ümumlilli liderimiz Heydər Əliyevin dövründə, 2003-cü ildən bu yana isə ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə əfvlə bağlı çox böyük addımlar atılıb, hər dəfə yüzlərlə insan bağışlanılıb, əfv edilib, azadlığına, ailəsinə qovuşub. Bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasətin baş xətini humanizm siyasəti və sosialyönümlülük təşkil edir. Odur ki, mən bir Azərbaycan vətəndaşı, bir milət vəkili, Əfv Məsələləri Komissiyasının bir üzvi kimi həm öz adımdan, həm də məhkumluq həyatı yaşayıb, sonradan əvf olunan insanların, elə bu gün azadlığına qovuşan məhkumların adından ölkə prezidentinə bu nəcib, humanist addımına görə öz dərin minnətdarlığımı və təşəkkürlərimi çatdırıram”.
Digər millət vəkili Eldəniz Səlimov da ölkə prezidentinin son əfv sərəncamını yüksək qiymətləndirib:

“Bu, çox böyük və çox humanist bir addımdır. Azərbaycan dövləti, onun qurucusu və banisi mərhum Heydər Əliyev, Azərbaycan prezidenti cənab İlham Əliyev daim humanistliyi ilə seçiliblər.Ümumiyyətlə, 1993-cü ildən bu yana humanistlik və ədalətlilik Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasını, tərkib hissəsini təşkil edib və təşkil etməkdədir. Cünki güclü, özünə inanan, özünə güvənən dövlət ədalətli və humanist olur, çünki Heydər Əliyev və İlham Əliyev kimi güclü, müdrik, uzaqgörən liderlər humanist və ədalətli olur. Bu, xüsusiyyətlər heç də hər kəsə, hər bir dövlət rəhbərinə xas olan xüsisiyyətlər deyil. Bu xüsusiyyətlər yalnız və yalnız Heydər Əliyev və İlham Əliyev kimi müdrik, ağıllı dövlət adamlarında olur. Onlar bağışlamağı, səhv yolda olan insanları əfv etməyi, haqq-ədalət yoluna döndərməyi bacaran liderlərdir. Onların humanistliyi, humanist addımlar nəticəsində də yüzlərlə, minlərlə insan bu günə kimi azadlığına, təkrarən ailəsinə qovuşub. Bu gün də daha 634 nəfər əfv olunaraq, ailəsinə, azadlığına qovuşur. Odur ki, bu humanist, bu müdrik addımına görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirir, ona Azərbaycan dövləti və xalqı naminə yorulmaz fəaliyyətində növbətu uğurlar, növbəti zəfərlər arzulayıram”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





