Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkilləri Şəhid Orxan Paşazadənin dəfn və yas mərasimində iştirak etmək üçün Cəlilabad rayonuna yola düşüblər.
Etikxeber.az-ın xəbərinə görə, bu haqda millət vəkili Aydın Mirzəzadə bildirib.
“Dünən Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən açılan atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu şəhid olub. Bu gün o Cəlilabad rayonunun Cəfərxanlı kəndində dəfn ediləcək. Dəfndə iştirak etmək üçün Cəlilabaddan olan deputat Elman Nəsirovla birgə şəhidin kəndinə yola düşdük. Allah rəhmət etsin!”-deyə, A. Mirzəzadə qeyd edib.

***
Millət vəkilləri Şəhid Orxan Paşazadənin dəfn və yas mərasimində iştirak ediblər.
“Deputat həmkarım Elman Nəsirovla birlikdə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünən şəhid olmuş Orxan Paşazadənin yas mərasimində iştirak etdik. Şəhidin atası Nazim müəllimə, ailəsinə, yaxınlarına başsağlığı verdik, Allahdan rəhmət dilədik”-deyə, A. Mirzəzadə əlavə edib.
Etikxeber.az





