Millət vəkillərindən irad…

“Kifayət” kifayət etmədi…

Millət vəkilləri müvafiq qanunlardakı “ekspertiza” və “ekspertiza rəyləri” sözlərinə etiraz ediblər.

Onlar xüsusilə, ekpertizaların, ekspertiza rəylərinin çox zaman doğru olmadığını və həqiqəti əks etdirmədiyini, qanunlara da inamın azaldılmasına gətirib çıxardığını vurğulayıblar.

Etikxeber.az-ın xəbərinə görə, bu məsələyə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında ilk öncə millət vəkili Vahid Əhmədov toxunub.

VAHİDDD

800px-Ziyad_Səmədzadə

O, qeyd edib ki, ekpertizalar və ekspertiza rəyləri boş məsələlərdir:

“Onlar bir çox hallarda həqiqəti əks etdirmirlər, mənasız olurlar…”.

Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə də millət vəkilini dəstəkləyib:

“Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxmır. Axı, o biliyi kim müəyyən edir?! Mən elə başa düşürəm ki, bu, qeyri-ciddi məsələdir.

 Vahid müəllimin dediyində həqiqət var. “Sənədlər yararsız olduqda və kifayət qədər olmadıqda”-deyə, qanun layihəsində qeyd edilir. Amma bu kifayət sözünü aydınlaşdırmalıyıq. Aydınlaşdırmalıyıq ki, o nə deməkdir, nəyi ehtiva edir?”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bilmək istəyirik ki, yenilik var, yoxsa, elə boş-boşuna danışırıq…” – MİLLƏT VƏKİLİ

Read Next

Dəvət edin, şəffaflığın nə olduğunu sizə göstərək – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir