“Millət vəkillərinin yeni intizam qaydaları hazırlanır…”-ERKİN QƏDİRLİ

Deputatların yeni intizam qaydaları hazırlanır.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Erkin Qədirli deyib.

Millət vəkili Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən İşçi Qrupunun yaradıldığını və həmin qrupun üzvü olduğunu bildirib.

Əlavə edib ki, həmin İşçi Qrupu tərəfindən deputatların yeni intizam qaydalarını nəzərdə tutan qanun layihəsi üzərində işlər gedir.

“Mən öz təkliflərimi hazırlayıram və həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya parlamentin iclaslarında mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərin görülməsi aiddir”-deyə, E. Qədirli sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Laboratory Of Art” fəaliyyətə-BAŞLADI…

Read Next

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB koronavirusla əlaqədar 20 tənha, yaşlı, aztəminatlı şəxsin zəruri ərzaq və dərmanla təminatını-ÖZ ÜZƏRİNƏ GÖTÜRDÜ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir