Millət vəkili: “Dəyişikliklər hüquq və azadlıqların müdafiə olunmasına xidmət edir”- Fotolar

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu Xaçmaz şəhərində seçicilərlə görüş keçirib.

Etikxeber.az xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının, Yeni Azərbaycan” təşəbbüs qrupunun rayon şöbəsinin sədri Nazim Ağayev, millət vəkilləri İlham Əliyev, Eldəniz Səlimov, Yevda Abramov və digərləri iştirak ediblər.

Görüşdə ilk çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirib ki, Konstitusiyada yaş senzinin aradan qaldırılması məsələsi nəzərdə tutulan dəyişikliklər gənclər üçün mühüm əhəmiyyət kəsb edir: “Təklif olunan əlavə və dəyişikliklərə əsasən, səsvermə hüququ olan şəxslər seçilmək hüququ qazanacaq. Bu təşəbbüs gənclər üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə gənclərə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təklif olunan yeniliklər tək gənclərimizin deyil, ümumilikdə xalqımızın işıqlı gələcəyinə istiqamətlənib. Bu baxımdan hər kəsi səsverməyə çağırıram”.

Daha sonra çıxış edən millət vəkilləri İham Əliyev, Eldəniz Səlimov, Yevda Abramov ölkə başçısı tərəfindən  Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin əhəmiyyətindən söz açıblar. Onlar bildiriblər ki, Referendum Aktında yer alan müddəlar həm dövlətimizin həm də xalqımızın gələcək inkişafına istiqamətlənib.

E. Səlimov çıxışında bir daha vətəndaşları 26 referendumunda iştirak etməyə və dəyişikliklərə səs verməyə səsləyib. “Konstitusiyaya təklif edilən dəyişikliklər birmənalı olaraq xalqımızın maraqlarına uyğundur. Dəyişikliklər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hüquq və azadlıqların müdafiə olunmasına xidmət edir”-deyən millət vəkilinin sözlərinə görə, xalqımız ölkəmizin daha da inkişafı, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən bu dəyişikliklərə dəstək verir: “Çünki təklif olunan dəyişikliklər ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir və bu islahatlar xalqımız tərəfindən daim dəstəklənib. Mən bir daha bütün vətəndaşlarımızı referendumda fəal iştirak etməyə və Konstitusiyaya təklif olunan bu dəyişikliklərə səs verməyə çağırıram“.

Ümumiyyətlə, bütün natiqlər çıxışlarının sonunda  seçiciləri sentyabrın 26-da ümumxalq səsverməsinə dəvət edib, təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməyə çağırıblar.

Görüşün sonıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini bildiriblər.

elden

xacmaz

elden-1

 

Etikxeber.az

Read Previous

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Read Next

Neft-qaz sektorunda kiber təhlükəsizliyə ildə 1,8 milyard dollar yatırılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir