Millət vəkili İdris Baluken də həbs olundu

Türkiyədə terrorla mübarizə çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərinə qarşı əməliyyat keçirilib.

Etikxeber.az-ın “Bir Gün” qəzetinə istinadən verdiyi xəbərə görə, HDP-nin Diyarbəkirdən olan millət vəkili İdris Baluken həbs olunub.

Bu barədə İnsan Haqları Bürosu (Ezilenlerin Hukuk Bürosu) xəbər verib.

İdris Baluken cinayətin və cinayətkarın tərəfini saxlamaq, terror təşkilatının təbliğatını aparmaq, Türk milləyini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və təşkilatlarını aşağılamaqda ittiham olunur.

Qeyd edək ki, əməliyyatlar zamanı Diyarbəkir, Van, Hakkari, Şırnak və Bingöl bölgələrində baş tutub. HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da daxil olmaqla 11 deputat həbs olunub.

Etikxeber.az

Read Previous

“Turistlərə sərhəddə deyil, istənilən yerdə xoş münasbət bəsləməliyik” – Vəkil Hacıyev

Read Next

Konsiliumun qərarından asılı olaraq xəstənin Bakıya köçürülməsi təşkil edilir – Səhiyyə Nazirliyi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir