Millət vəkili ilə imtiyazlı ailələrə-BAŞ ÇƏKDİ -FOTOLAR

Milli Məclisin 96 saylı Goranboy-Naftalan Deçki Dairəsi üzrə deputatı Anar Məmmədov və Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalan şəhərində şəhid ailəsi və Qarabağ əlilinin evində olub onlara sosial problemlərinin həlli istiqamətində lazımı köməklik göstəriblər.

Etikxeber.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətin başçısı Vüqar Novruzovun və millət vəkili Anar Məmmədovun dəstəyi ilə daha bir şəhid ailəsinin müraciəti əsasında ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər görülüb, yaşadıqları fərdi yaşayış evinin dam örtüyü yenilənib.

Bu gün şəhər rəhbəri və millət vəkili şəhid İsa Məmmədovun ailəsinin yaşadığı evdə olub, görülən işlərlə, eləcə də ailənin qayğı və problemləri ilə maraqlanıblar.

Görülən işləri, eləcə də göstərilən diqqət və qayğını razılıq hissi ilə qeyd edən şəhidin bacısı Rəna Məmmədova qaldırılan məsələyə qısa bir vaxtda baxılmasına görə onlara minnətdarlığını bildirib.

Ölkə başçısının şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğısının Naftalanda  öz real əksini tapdığını qeyd edən şəhidin bacısı hər zaman dövlətinə arxalandığını vurğulayıb.

Daha sonra Qarabağ müharibəsi əlili Yaməddin Dəmirovun müraciəti ilə əlaqədar onun yaşadığı evə baş çəkilib, ailənin şəraiti ilə yaxından tanış olunub və mənzil şəraitlərindəki problemlərinin həlli istiqamətində  müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, ölkə rəhbərinin qayğısının bariz nümunələrindən biri də məhz, hazırda şəhər ərazisində 10-dan artıq şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fərdi yaşayış evlərinin inşası işlərinin aparılmasıdır.

Etikxeber.az

Read Previous

Ermə­nistan dövləti = “FAİL STATE”-QƏNİRƏ PAŞAYEVA YAZDI

Read Next

“Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir… ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir…”-PREZİDENTDƏN ERMƏNİSTANA, ATƏT-Ə, DÜNYA BİRLİYİNƏ SƏRT MESAJLAR – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir