Millət vəkili İqtisadiyyat Nazirliyinə-SƏSLƏNDİ…

Təmsil olunduğum Qusar rayonda özəlləşməyə getməmişdən əvvəl 2 böyük konserv zavodu olmaqla kənd təsərrüfatı məhsullarını emal edilən 5 müəssisə fəaliyyət göstərirdi. Rayon əhalisinin bir hissəsi bu müsəsisələrdə işləyirdi. Amma 20 ildən artıqdır ki, özəlləşmədən sonra bütün infrastrukturu olan bu müəsisələrin qapıları bağlıdır.Belə halların digər rayonlarda da olduğunu düşünürəm.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Azər Badamov deyib.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 2-ci maddəsinin 2.1. bəndində qeyd olunur ki, Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Qanundan da göründüyü kimi, özəlləşdirilən müəssisələr fəaliyyətini dayandırmalı deyil, əksinə investisyalar cəlb etməklə müasir texnologiyalar tətbiq edilərək standartlara uyğun istehsalını təşkil etməlidir”-deyən millət vəkilinin sözlərinə görə, amma təəssüf ki, bu, baş verməyib və qeyd etdiyi özəlləşdirilən müəssisələrin uzun illər qapalı qalması nəticəsində, belə müəssiələr istehsal olunan kənd təsəsrrüfatı məhsullarının tədarükündə, emalında və işsizliyin aradan qaldırılmasında iştirak etmir.

“İqtisadiyyat nazirliyinə təklif edirəm ki, müəssisələri özəlləşdirərək uzun illər qapalı saxlamış şəxslərin fəaliyyətlərinin bərpa edilməsi üçün konkret müddət müəyyənləşdiilrsin. Əgər iş fəaliyyətini bərpa edə bilməzlərsə, müəssisə geri alınaraq potensial imkanı olan sahibkara satılmalıdır. Çünki dövlət müəssisəni özəlləşdirən hər bir şəxs bu müəssisənin gələcək fəaliyyətinin təşkili ilə bağlı müvafiq qanuna uyğun öhdəlik götürmüşdür.

Əgər dayanmış belə müəssisələr iş fəaliyyətini bərpa edərlərsə, bu, iqtisadiyyatımızın güclənməsində, işsizliyin azalmasında əhəmiyyətli rol oynayar. Düşünürəm ki, qeyd etdiyim məsələnin hüquqi müstəvidə həll edilməsi üçün müvafiq qanunlarda dəyişikliklərin edilməsinə ehtiyac varsa, onları etməliyik. Məqsəd o olmalıdır ki, özəlləşdirilərək uzun illər bağlı qalmış müəssisələr yenidən fəaliyyətlərini bərpa etsinlər”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“2020-ci il tariximizdə ən parlaq illərdən biri kimi qalacaq… Rəqəm təfərrüatdır: Rəqəmi dost bir cür görür, düşmən bir cür…”-MUSA QULİYEV – YENİLƏNİB

Read Next

“Bəzən rəsmi statistik hesabatlarda əsaslı uygunsuzluqlar var…”-ZAHİD ORUCDAN NÖVBƏTİ İRAD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir