Millət vəkili martda əfv sərəncamının imzalanacağına ümid edir

Dünən bir qrup hüquq müdafiəçisi daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Görüşdə bir qrup cinayət törətmiş şəxslərin əfv edilməsi ilə ilə bağlı siyahı təqdim edilib.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin (MM) plenar iclasında çıxışı zamanı deyib.

“Mən də bu müraciəti dəstəkləyirəm”-deyən, millət  mart ayında əfv sərəncamının imzalanacağına ümid etdiyini bildirib.

“Hüquq müdafiçiləri, həm də bir qrup beynəlxalq təşkilatların bu məsələdə təkliflərini nəzərə almalıyıq. Dövlət, şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər istisna olmaqla digər məhbusların mövcud cəzalarının böyük bir hissəsini kəsib əfv etmək olar. Cənab Prezidentdən xahiş edək ki, onları əfv etsin”-deyə, o, sözlərin əlavə edib.

Qeyd edək ki, dünən hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər. Bir qrup şəxsin əfv sərəncamı ilə azad edilməsi üçün nazirə müraciət ediblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Səfir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edildi – SƏRƏNCAM

Read Next

“İran radiolarının dalğaları bizim radioları üstələyir” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir