“Millət vəkili olaraq sevinirəm ki…” – AZƏR BADAMOV

Azər BADAMOV: “Bu, ölkədə həm valyutanın qalmasına, həm də milli valyutanın güclənməsinə öz töhfəsini verəcək”

Etikxeber.az Moderator.az-a istinadən Milli Məclisin üzvü Azər Badamovun müsahibəsini təqdim edir:
– Azər müəllim, nə xoş təsadüf ki, məhz Qusarda görüşdük. Seçicilərinizlə görüşə gəlmisiniz?
– Qusarda yeni zavodun açılışına gəlmişəm. Buna çox sevinirəm. İş adamlarının məhz bölgələrimizdə yeni iş yerləri açması sevindirici və təqdirəlayiq haldır. Bu zovodda 100 nəfər qusarlı işlə təmin olunub. Bu, həm də Qusarın da inkişafı deməkdir. Paralel olaraq Azərbaycan iqtisadiyyatına verilən bir töhfədir.
Çünki hər bir açılan sənaye müəssisəsi iqtisadiyyatın güclənməsinə gətirib çıxarır. Həm istehsal etdiyi beynəlxalq standartlara uyğun keyfiyyətli məhsullarla daxili bazarda rəqabət apara biləcək, həm də istehsal olunan malların bir qismi ixrac olunacaq. Bu da ölkədə həm valyutanın qalmasına, həm də milli valyutanın güclənməsinə öz töhfəsini verəcək.
Bu cür iş yerlərinin açılmasında iş adamlarından çox rayonun millət vəkili olaraq mən sevinirəm ki, camaat işlə təmin olunur.
– Ayın 15-də prezidentin sədrliyi ilə iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirildi. Həmin ərəfədə ölkədə şayiə yayıldı ki, iqtisadi vəziyyətimizdə yenidən nələrsə baş verir və dolların kursu qalxa bilər. 
– Ölkəmiz bu gün ölkə başçısının rəhbərliyi altında öz inkişaf dövrünü yaşayır. Ayın 15-də cənab prezidentin sədrliyi ilə iqtisadi məsələlərə həsr olunmuş müşavirə qeyd olunan göstəricilər də bunu deməyə imkan verir ki, cənab prezidentin rəhbərliyi altında aparılan iqtisadi-sosial siyasət uğurludur. Göstəricilər çox pozitivdir, müsbətdir və gələcəyə hesablanmışdır. Və Azərbaycanın dövlətə və prezidentə olan etimadı düşünürəm ki, bundan sonra daha da möhkəmlənəcəkdir.
– Seçicilərinizlə ən son nə zaman görüşüb, problemləri ilə maraqlanmısınız?  
– Ötən həftə. Mən hər həftə Qusarda oluram və seçicilərimin xidmətində dururam.
Etikxeber.az

Read Previous

Prezidentin köməkçisi – HEYDƏR ƏLİYEVİN 32 İL ÖNCƏKİ İSTEFASINDAN YAZDI

Read Next

Əli Hüseynli ilə Səməd Seyidov da müxalifətə – ETİRAZ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir