Millət vəkili: “Ötən illərdəki kimi dövlət bütün sosial öhdəliklərini yerinə yetirə biləcək”

Bu gün parlamentdə bütövlükdə qəbulu nəzərdə tutulan 2017-ci ilin dövlət büdcəsinin layihəsi, ümumilikdə büdcə zərfi enerji ehtiyatlarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, dünyada baş verən geosiyasi proseslər fonunda çağırışlara, mövcud reallıqlara, ilk növbədə Azərbaycan dövləti və xalqının maraqlarına cavab verən büdcə sənədidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Milli Məclisdə (MM) 2017-ci ilin dövlət büdcəsi layihəsinin həm komitələrdə, həm də üçgünlük plenar iclaslarda  geniş və hərtərəfli müzakirə olunduğunu söyləyən millət vəkili deyib ki,  büdcə zərfində sosial xərclər mühüm yer tutur və  bu baxımdan, keçən illərdəki kimi dövlət bütün sosial öhdəliklərini yerinə yetirə biləcək.

Onun sözlərinə görə, büdcənin xərclər hissəsi maksimal səmərəlilik amili ilə hesablanıb və məhz bu ən vacib amildir.

“Hesab edirəm və əminəm ki, dövlət qurumları da ayrılmış vəsaitləri qənaətlə xərcləməli olacaqlar, ümumilikdə bütün subyektlər işlərini və idarəetmə sistemini effektiv qaydada təşkil etməli olacaqlar ki, bu da zamanın tələbidir”-deyən millət vəkili onu da bildirib ki, büdcənin gəlirlər hissəsi daha vacib və düşündücüdür, çünki məhz gəlirlər hissəsi büdcəni və onun icrasını formalaşdırır.

“Bu baxımdan, gəlirlərin artması imkanlarına daha çox önəm verilməlidir, bu artım da bir başa iqtisadiyyatın ümumi artımı, Ümumi Daxili Məhsulun artması ilə bağlıdır. Çünki məhz bu sahədə yığılan vergilər büdcənin gəlirlər hissəsini təşkil edir. Burda ən müsbət məqam odur ki, büdcədə neftin qiyməti 40 dollar səviyyəsində götürülüb. Onu da nəzərə alaq ki, OPEK-in proqnozlarına görə gələn il Azərbaycan ən azı 240 milyon barel xam neft ixrac edəcək. Odur ki, 2017-ci ildə neftin orta illik qiyməti 48-55 dollar ətrafında proqnozlaşdırılır və bu proqnozlar gerçəkləşsə, ən minimal halda ölkəyə 2 milyard dollar həcmində əlavə vəsait daxil olacaq”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Prezident vitse-prezidentlə görüşdü

Read Next

Əliyev İzoriaya dedi: Status-kvonun dəyişilməsi münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir