Millət vəkili Prezidentin kredit Fərmanından danışdı və…

Vətəndaşların problemli kreditləri ilə bağlı məsələni Milli Məclisdə qaldıran bir millət vəkili olaraq cənab Prezidentin vətəndaşların problemli kreditləri probleminin həll edilməsi ilə bağlı tapşırıqlar verəcəyinə inanırdım. Demək olar ki, hər ay vətəndaşlardan problemli kreditlərlə bağlı məktublar alırdıq, onlarla görüşlərdə bununla bağlı müraciətləri olurdu və mənə müraciət edən vətəndaşlar hər zaman cənab Prezidentin onların bu problemini həll edəcəyinə inandıqlarını bildirirdilər.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

SENET-ILHAM

“Cənab Prezidentin problemli kreditlərin həllinə yönələn Fərmanı çox önəmli addımdır və bu Fərmana görə özümün və seçicilərimin adından cənab Prezidentə təşəkkürümü bildirirəm.

Cənab Prezidentin fiziki şəxslərin problemli kreditləri ilə bağlı əlavə tədbirlər planı haqqında Fərmanı yüzlərlə insanların problemini köklü şəkildə həll etmək imkanı verməklə yanaşı, onların sosial vəziyyətinə də müsbət təsir edən çox mühüm bir addımdır”-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

“AzTV-də bayağı musiqiyə heç zaman yol verilmir…” – XALQ ARTİSTİ

Read Next

Prezidentin təşəbbüsü ilə Şabranda yaradıcılıq ittifaqları üçün şəhərcik salınır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir