Millət vəkili qazlaşdırma və internet problemindən-ŞİKAYƏTLƏNDİ VƏ DÖVLƏT QURUMLARINA ÇAĞIRIŞ ETDİ

Qusarın bəzi bölgələrində telefonlaşma və genişzolaqlı internetlə bağlı böyük problem var. Xüsusilə, bir çox kəndlərdə internet olmadığına görə, şagirlər online dərslərdən kənarda qalıb.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O, bu yöndə fikirlərini hökumətin parlamentdəki son hesabatı zamanı çıxışında da dilə gətirdiyini bildirib.

“Hesabatda qeyd olunurdu ki, ölkə üzrə qazlaşma 96,8% icra olunub. Amma təmsil olunduğum Qusar rayonunda qazlaşdırmanın səviyyəsi yaşayış məntəqlərin cəmi 52% -ni təşkil edir. Bu da ümumi respulika göstəricisindən çox aşağıdır. 2 ildir ki, rayonda, ümumiyyətlə, qaz tikintisi aparılmır. Yola saldığımız illərdə rayonun sosial-iqtisadi inkişaf planına yaşayış evlərinin sayı 400 və 700 olan Avaran, Xürəl və Yasab kəndlərinin qazlaşdırılması daxil edilsə də, icra olunmayıb.

Bu kəndlər həm rayon mərkəzinə yaxındır, həm də maqistral xətlər kəndlərin yanından keçir. Görüşlərimiz və qəbullarımız zamanı sakinlər hər dəfə eyni məsələni qaldırırlar. Hətta cavab verməkdə çətinlik çəkirik. Bizə ən çox müraciət olunan digər bir məsələ isə rabitə və internetlə bağlıdır.

Bir daha qeyd etmək istəyirəm ki, telefonlaşma və genişzolaqlı internetlə bağlı böyük problem var. Xüsusilə, bir çox kəndlərdə internet olmadığına görə, şagirlər online dərslərdən kənarda qalıb. Odur ki, müvafiq qurumdan Qusar rayonunun bu problemini həll etməyini, dövlətimizin iqtisadi imkanları çərçivəsində seçicilərimin bu probleminin həll olunmasına kömək göstərilməsini xahiş edirəm”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Kəndlərdə internet, telefon, elektrik və yol infrastrukturunun yenilənməsinə ehtiyacımız var…”-MİLLƏT VƏKİLİ

Read Next

“Sosial müavinətlə təminata haqq edən, onu ala bilməyən, əllilik dərəcələrinin vaxtında qiymətləndirlməsiylə bağlı problemlər yaşayan isnalarımız az deyil ki…”-MİLLƏT VƏKİLİ DAHA HANSI PROBLEMLƏRİ DİLƏ GƏTİRDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir