Millət vəkili Qırğızıstanda referendumu müşahidə edəcək

Milli Məclisin deputatı Musa Quliyev dekabrın 9-da Qırğızıstanın paytaxtı Bişkekə səfərə gedəcək.

Milli Məclisin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, millət vəkili Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu MDB Parlament Assambleyasının və MDB-nin Icraiyyə komitəsinin xətti ilə müşahidə edəcək.

Digər müşahidəçilərlə bərabər o, bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək.

Səfər dekabrın 13-də başa çatacaq.

Etikxeber.az

 

Read Previous

270 mindən çox müraciət araşdırılıb – NAZİRLİK

Read Next

“Konegliano”-“Telekom” voleybol oyununun hakimləri açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir