Millət vəkili və iş adamı 160 imkansız ailə və valideyn himayəsindən məhrum olmuş uşaqları-SEVİNDİRDİ…

Xeyriyyəçilik fəaliyyəti ilə bu günə qədər çox sayda ailəni sevindirən, Rusiyada yaşayan həmyerlimiz Qaçay İbişov ilə birlikdə bu il Qurban bayramı münasibətilə Zərdab rayonunda 160 imkansız ailəyə və valideyn himayəsindən məhrum uşaqlara dünən qurban sovqatı göndərdik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva öz sosial şəbəkə hesabında paylaşdığı statusunda yazıb.

“Hörmətli Qaçay qardaşımıza dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, humanitar aksiyanın baş tutmasında bizə öz köməyini əsirgəməyən, sovqatlarımızın vaxtında ünvanına çatması üçün yaxından səy göstərən Firdovsi Eyvazova və Mehman İsayevə də xüsusi təşəkkürlərimizi çatdırıram.Ucar rayonunun deputatı olduğum Lək, Xələc və Bərgüşad kəndlərində də dünən 25 ailəyə Qurban payımızı göndərdik. Bu işdə mənə köməyini əsirgəməyən Bərgüşad kənd icra nümayəndəsi Məcid qardaşımıza, Lək kənd icra nümayəndəsi Əfqan qardaşımıza və Xələc kənd icra nümayəndəsi Azad qardaşımıza da buradan təşəkkür edirəm”-deyə, o, sonra yazıb.

Etikxeber.az

Read Previous

“Bilsinlər və yaddan çıxarmasınlar: Olan yenə özlərinə olacaq, bu dəfə forpostdan iz-toz belə qalmayacaq”-ELDƏNİZ SƏLİMOV – MİLLƏT VƏKİLLƏRİ SON GÜNLƏR SƏRHƏDDƏ VƏZİYYƏTİN GƏRGİNLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN CƏHDLƏRDƏN DANIŞDILAR…

Read Next

Evləri, mənzilləri olan bir qrup media və QHT nümayəndəsi Prezidentə müraciət etdi: 3-CÜ BİNA ŞƏHİD AİLƏLƏRİNƏ VERİLSİN!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir